Bu şəxslər pensiya ala bilməyəcək

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi olmayan şəxslər pensiya hüququndan məhrum ola bilər

Əmək müqaviləsi ilə çalışan şəxslər əmək və gələcək pensiya hüquqları əldə edirlər. Müqaviləsiz işləyənlər isə bu hüquqlardan məhrum qala bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əmək müqaviləsi işçi ilə işəgötürən arasındakı münasibətlərin hüquqi əsasını təşkil edir. Müqavilə ilə çalışanlar sosial sığorta sisteminə cəlb olunur, gələcək pensiya hüququ qazanır, həmçinin əməkhaqqı, məzuniyyət və təhlükəsiz iş şəraiti ilə bağlı hüquqlardan yararlanırlar.

Belə işçilər eyni zamanda icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta təminatına malik olurlar.

Nazirlik bildirir ki, əmək müqaviləsi olmadan çalışan şəxslər bu əmək və sosial təminatlardan, o cümlədən gələcək pensiya hüququndan məhrum olurlar.

Əmək müqaviləsi işçi və işəgötürən tərəfindən “Əmək və Məşğulluq” altsistemində elektron qaydada imzalandıqdan sonra hüquqi qüvvəyə minir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir