Türkiyənin Antalya şəhərində meşə yanğınları ilə mübarizə aparılır.
Aksu və Kəpəz rayonlarında dünən axşam başlayan və geniş əraziyə yayılan yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə davam etdirilir.
Bununla yanaşı, Antalya şəhərinin Serik, Adananın Karaisalı və Feke, Kayserinin isə Yahyalı rayonlarında meşəlik olmayan ərazilərdə baş verən yanğınların nəzarət altına alındığı bildirilib.
Yanğınla əlaqədar təhlükəsizlik tədbirləri də görülüb. Şimal Dairəvi Yolu, eləcə də Antalya-İsparta avtomobil yolunun şəhər mərkəzindən Şimal Dairəvi Yoluna qədər olan hissəsi müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
