İspaniyalı pilot yarış zamanı qəza nəticəsində ölüb

İspaniyalı pilot yarış zamanı qəza nəticəsində ölüb

İspaniyalı pilot Pablo Amoros “GTI Trophy” yarışında baş verən ağır qəza zamanı həyatını itirib.

Hadisə Uelva şəhərində yerləşən “Monteblanko” avtodromunda baş verib.

Məlumatı Kral İspaniya Avtomobil İdmanı Federasiyası (RFEDA) yayıb. Qəzanın hansı şəraitdə baş verdiyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Federasiya pilotun ölümü ilə əlaqədar Pablo Amorosun ailəsinə və yaxınlarına başsağlığı verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir