Netanyahu İrana xəbərdarlıq etdi: “İrana elə bir zərbə vurulacaq ki…”

Netanyahu İrana xəbərdarlıq etdi: “İrana elə bir zərbə vurulacaq ki…”

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsrailə qarşı yeni hücuma cəhd edəcəyi təqdirdə çox sərt cavab veriləcəyini açıqlayıb.

Netanyahu İranın İsrailə hücum edə biləcəyini istisna etməyib. Baş nazir belə bir hücumun İsrail tərəfindən cavabsız qoyulmayacağını vurğulayıb.

“Onlar bizə hücum edə bilərlər və biz də cavab verəcəyik. İranın hər kəsə atəş açdığını başa düşürsünüzmü? Kimə atəş açmır? Yalnız İsrailə”, – Netanyahu deyib.

İsrail hökumətinin başçısı İran rəhbərliyinin onun mövqeyindən xəbərdar olduğunu da bildirib.

“Mən Baş nazir olduğum müddətdə onlara elə bir zərbə vurulacaq ki, təfərrüatları belə təsvir etmək istəmirəm”, – Netanyahu əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir