İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4 359 nəfərə yüksəlib.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərq bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində azı 5 nəfər ölüb, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Rəsmi hesabata əsasən, martın 2-dən etibarən davam edən hərbi gərginlik müddətində ölənlərin ümumi sayı 4 359-a, yaralananların sayı isə 12 362-yə çatıb.
