Xaricdə yaşayan azərbaycanlı din xadimləri ölkəmizə səfər edəcək

Xaricdə yaşayan azərbaycanlı din xadimləri ölkəmizə səfər edəcək

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sentyabrın 6-da başlayacaq səfər Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Səfərin əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin təbliğindən ibarətdir.

Proqram çərçivəsində qonaqlar Bakıda Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkı və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini və Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edəcəklər. Nümayəndə heyətinin Azərbaycan İlahiyyat İnstitutunda da görüşlər keçirməsi nəzərdə tutulur.

Səfərin növbəti günlərində din xadimləri Şuşa, Xankəndi və Ağdamda tarixi-dini abidələr, qədim ibadətgahlar və mədəni irs nümunələri ilə tanış olacaqlar. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı məlumat əldə edəcəklər.

Təxminən 50 azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da başa çatacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir