Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan şəxslərin qeydiyyatı sentyabrın 8-də başlayacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat prosesi sentyabrın 8-i saat 11:00-dan sentyabrın 15-i saat 18:00-dək davam edəcək.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyatı isə sentyabrın 9-u saat 15:00-da başlayacaq və sentyabrın 17-si saat 18:00-da başa çatacaq.
