Ukraynanın Odessa şəhərində yaşayış binasına gecə saatlarında endirilən zərbə nəticəsində 17 nəfər xəsarət alıb.
Məlumata görə, yaralananlar arasında üç uşaq da var. Hücum nəticəsində 21 mərtəbəli binanın 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək yerləşən mənzillərə ziyan dəyib. Yaxınlıqda park edilmiş avtomobillər də zərbədən zərər görüb.
Hazırda hadisə yerində kommunal və fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir. Mütəxəssislər dağıntıların və dəymiş ziyanın miqyasını müəyyənləşdirir, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Sakinlərə kömək göstərilməsi məqsədilə ərazidə operativ qərargahlar yaradılıb.
