Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakının bir neçə küçə və yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhdudiyyətlər aşağıdakı əraziləri əhatə edəcək:

  • Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasındakı avtomobil yolunda – 2 sentyabr saat 09:00-dan;
  • Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsində – 2 sentyabr saat 10:00-dan;
  • Xətai rayonunun Abdulla Rəhimov küçəsində – 3 sentyabr saat 08:00-dan.

Sürücülərə təmir işləri müddətində alternativ marşrutlardan istifadə etmək və ərazidə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə əməl etmək tövsiyə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir