Bakının Suraxanı rayonunda bacı-qardaş arasında bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov bacısı Sura Səfəralı qızı Qurbanovaya bıçaqla xəsarət yetirib.
Bundan sonra S.Qurbanova da qardaşına bıçaqla zərbə endirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara Sabunçu Tibb Mərkəzində tibbi yardım göstərilir.
Hadisənin səbəbləri araşdırılır və faktla bağlı araşdırma aparılır.
