İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib

İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib.

Dövlət başçısı müraciətində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə işlərinin aparıldığını bildirib.

Onun sözlərinə görə, indiyədək 298 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan minatəmizləmə əməliyyatlarının sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq məqsədilə qabaqcıl texnologiyalar, innovativ yanaşmalar və müasir idarəetmə sistemlərindən istifadə edir.

Prezident bildirib ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından indiyədək mina və partlayıcı sursat hadisələri nəticəsində 437 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 73 nəfər həyatını itirib, 364 nəfər isə ağır yaralanıb.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlanmasından bu yana minalar nəticəsində 3 500-dən çox Azərbaycan vətəndaşı zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də yer alır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir