İran ABŞ-ın BƏƏ və Bəhreyndəki hərbi bazalarını PUA-larla vurduğunu açıqlayıb

İran ABŞ-ın BƏƏ və Bəhreyndəki hərbi bazalarını PUA-larla vurduğunu açıqlayıb

İran ordusu ABŞ-ın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndə yerləşən hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqlayıb.

İran ordusunun mətbuat xidmətinin məlumatına görə, onlarla PUA BƏƏ ərazisindəki Əd-Dəfra və Əl-Minhad hərbi bazalarında yerləşən ABŞ qüvvələrinin radar sistemlərini və hərbi mövqelərini hədəfə alıb.

Bundan başqa, Bəhreyndə yerləşən Şeyx İsa hərbi bazasında ABŞ qüvvələrinə məxsus radar qurğuları və hərbçilərin toplanma məntəqəsinin də PUA hücumuna məruz qaldığı bildirilib.

Məlumat “Tasnim” agentliyi tərəfindən yayımlanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir