Bakının Xətai rayonunda, Babək prospektində minik avtomobilində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “KİA” markalı avtomobildə baş verən yanğın qısa müddətdə söndürülüb.
