Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
