İşğaldan azad olunan ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə növbəti köç həyata keçirilib.
Növbəti köç karvanı Prezident İlham Əliyevin tapşırığına əsasən Ağdam istiqamətində yola salınıb.
Bu mərhələdə 117 ailədən ibarət olmaqla, ümumilikdə 362 nəfər Ağdam şəhərində məskunlaşıb.
Doğma şəhərinə qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ağdam sakinləri, həmçinin torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun hərbçilərinə təşəkkürlərini bildiriblər. Onlar Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edərək, şəhidlərə rəhmət diləyiblər.
