Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.
Qəza nəticəsində S.Quliyev aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
