Vladimir Putin Qırğızıstana səfər edib

Vladimir Putin Qırğızıstana səfər edib

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfərə gedib.

Rusiya liderini Manas Beynəlxalq Hava Limanında Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev qarşılayıb.

Səfər çərçivəsində Vladimir Putin VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Prezidenti sentyabrın 1-də isə Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclasına, həmçinin “ŞƏT Plus” formatında keçiriləcək yüksək səviyyəli görüşə qatılacaq.

Sammit çərçivəsində Putinin Qırğızıstan, Çin, İran, Monqolustan, Tacikistan və Türkiyə prezidentləri, eləcə də Ermənistan və Hindistanın baş nazirləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Bundan əlavə, 2028-ci ildə növbəti Dünya Köçəri Oyunlarının Kazanda keçirilməsinin elan olunacağı gözlənilir.

Qeyd edək ki, 2027–2028-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Rusiyaya keçəcək.

Qeyd edək ki , Putinin Qırğızıstanda Nikol Paşinyanla görüşəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir