Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə 2025-ci il 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmaların və Azərbaycan-Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyəti vurğulanıb.
Tərəflər iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını, o cümlədən Azərbaycanın Ermənistana neft məhsulları ixracını və üçüncü ölkələrdən Ermənistana Azərbaycan ərazisi ilə yük daşımalarının həyata keçirilməsini müsbət qiymətləndiriblər.
Görüşdə dövlət sərhədinin delimitasiyası, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılması məsələləri də müzakirə olunub.
İlham Əliyev və Nikol Paşinyan birbaşa təmasları davam etdirmək, davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və regional bağlantıların inkişafı istiqamətində səyləri davam etdirmək barədə razılığa gəliblər.
