Nepalda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
“The Kathmandu Post”un ölkə hökumətinə istinadən yaydığı məlumata görə, fəlakətin baş verdiyi ərazilərdə 734 nəfərin cəsədi aşkarlanıb. Daha 2 498 nəfərdən isə xəbər yoxdur və onlar itkin hesab edilir.
Xatırladaq ki, Nepal-Çin sərhədində buzlaq çökməsindən sonra güclü sel və daşqınlar meydana gəlib. Təbii fəlakət nəticəsində yaşayış məntəqələri ilə yanaşı, yollar, körpülər və enerji infrastrukturu da ciddi ziyan görüb.
Hazırda bölgədə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
