Bakıda narkotik qəbul edən sürücü saxlanılıb

Bakıda narkotik qəbul edən sürücü saxlanılıb

Bakının Xətai rayonunda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü müəyyənləşdirilib.

Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ön dövlət qeydiyyat nişanı olmayan “Chevrolet” markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 32 yaşlı Məhəmməd Vəliyevi saxlayıblar.

Sürücünün sənədləri yoxlanılarkən onun davranışları polis əməkdaşlarında şübhə yaradıb. Bundan sonra M.Vəliyev tibbi müayinəyə göndərilib. Müayinənin nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Vəliyev inzibati qaydada həbs olunub. Həmçinin onun nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir