Nepalda daşqın qurbanlarının sayı 538-ə yüksəlib

Nepalda daşqın qurbanlarının sayı 538-ə yüksəlib

Nepal-Çin sərhədində baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində 977 nəfərin itkin düşdüyü bildirilir. İtkinlər arasında 517 xarici vətəndaşın olduğu qeyd olunur. Hadisə bölgəsində 100-dən çox xarici vətəndaşın xilas edildiyi açıqlanıb.

Fəlakət Nepalın Çinlə sərhəddə yerləşən ərazilərində ciddi dağıntılara səbəb olub. Nepalın Tibet bölgəsi ilə sərhədində yerləşən su bəndinin də dağıldığı bildirilir.

Çin mediasının yaydığı məlumata görə isə ölkə ərazisində baş verən təbii fəlakət nəticəsində 5 nəfər həyatını itirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir