UEFA-nın 2026/27-ci illər mövsümündə Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində iştirak edəcək komandaların rəqibləri bu gün müəyyənləşəcək.
Püşkatma mərasimləri Monakoda təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Hər iki turnirin əsas mərhələsində 36 komanda mübarizə aparacaq.
Avropa Liqasında iştirakçılar dörd səbətə ayrılıb. Hər klub səkkiz fərqli rəqiblə qarşılaşacaq. Komandalar hər səbətdən iki rəqiblə oynayacaq və matçların yarısını doğma meydanda, digər dördünü isə səfərdə keçirəcək.
1-ci səbət: “Bayer”, “Benfika”, “Yuventus”, “Milan”, “Lion”, “AZ Alkmaar”, “Olimpiakos”, “Real Sosyedad”, “Marsel”.
2-ci səbət: “Ferensvaroş”, “Viktoriya” (Plzen), “Union”, “Dinamo” (Zaqreb), “Zaltsburq”, “Seltik”, “Sparta” (Praqa), “Renn”, “Anderlext”.
3-cü səbət: “Şturm”, “Lex”, “Kristal Pelas”, “Bornmut”, “Sanderlend”, “Selye”, “Yagelloniya”, “Omoniya”, “Selta”.
4-cü səbət: “Hoffenhaym”, “Beşiktaş”, “Torrense”, “Hapoel” (Beer-Şeva), “NEK Neymegen”, OFİ, “Lillestrom”, “Levski”, “Ararat-Armenia”.
Konfrans Liqasının əsas mərhələsindəki komandalar isə altı səbət üzrə qruplaşdırılıb. Burada hər klub altı müxtəlif rəqiblə qarşılaşacaq və hər səbətdən bir komanda ilə oynayacaq.
1-ci səbət: “Atalanta”, “Braqa”, “Ayaks”, “Frayburq”, “Monako”, “Kopenhagen”.
2-ci səbət: “Midtüllan”, “Srvena Zvezda”, “Gent”, “Panatinaikos”, “Pafos”, “Brayton”.
3-cü səbət: “Luqano”, “Xetafe”, KuPS, “Tvente”, “Linkoln Red İmps”, “Borats”.
4-cü səbət: “Sent-Trüden”, “Brann”, “Harts”, “Kayrat”, “Trabzonspor”, “Universitatya Krayova”.
5-ci səbət: “Riqa”, “Hayduk” (Split), “Yablonets”, “Norşellan”, “Orxus”, “İnter” (Eskaldes).
6-cı səbət: “Tun”, ÇSKA (Sofiya), “Kauno Jalgiris”, “Myölbyü”, “İberiya”, “Eqnatiya”.
UEFA-nın təqviminə əsasən, Avropa Liqasının əsas mərhələsində ilk oyunlar sentyabrın 16-da, Konfrans Liqasının əsas mərhələsində isə oktyabrın 15-də keçiriləcək.
