Xocavənddə iki kəndin giriş yollarının tikintisinə başlanılıb

Xocavənddə iki kəndin giriş yollarının tikintisinə başlanılıb

Qarabağda iri magistral layihələrlə yanaşı, yaşayış məntəqələrinə aparan kənd yollarının yenilənməsi istiqamətində də işlər davam etdirilir. Xocavənd rayonunda Quzeyxırman və Sos kəndlərinə giriş yollarının tikintisi həyata keçirilir.

Layihənin icrası ilə sözügedən kəndlərin nəqliyyat imkanlarının yaxşılaşdırılması və sakinlərin daha rahat gediş-gəlişinin təmin edilməsi nəzərdə tutulur.

Yeni yolların istifadəyə verilməsi kəndlərə nəqliyyat əlçatanlığının artırılmasına və yol infrastrukturunun inkişafına imkan yaradacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir