Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərin sərhəd nəzarətindən daha operativ keçməsi üçün yeni sistem tətbiq olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi layihə çərçivəsində hava limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” fəaliyyətə başlayıb. Avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya texnologiyalarını özündə birləşdirən sistem Azərbaycan vətəndaşlarının sərhədkeçmə prosedurunu sürətləndirəcək.
Sistem 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşlarının istifadəsi üçün nəzərdə tutulub. Sərnişin ilk olaraq şəxsiyyət sənədini elektron qapının xüsusi oxutma qurğusuna təqdim edir. Bundan sonra sənəddəki məlumatlar avtomatik şəkildə sistemə daxil edilir və müvafiq informasiya bazaları üzrə yoxlamalar aparılır.
Növbəti mərhələdə sərnişinin biometrik məlumatları əsasında identifikasiyası həyata keçirilir. Təqdim olunan məlumatların sistemdəki göstəricilərlə uyğunluğu təsdiqləndikdə qapı avtomatik açılır və sərhəd nəzarəti başa çatmış hesab olunur.
DSX-nin məlumatına əsasən, bütün proses təxminən 20 saniyə ərzində tamamlanır.
Yeni texnologiyanın tətbiqi sərhəd nəzarətində gözləmə müddətinin qısaldılmasına, prosedurların daha çevik və səmərəli təşkilinə imkan verəcək. Eyni zamanda sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılması insan amilinin minimum səviyyəyə endirilməsinə şərait yaradacaq.
Hazırda “Elektron qapı sərhəd nəzarəti sistemi” hava limanının yalnız ölkəyə gələn sərnişinlər üçün nəzərdə tutulmuş zalında fəaliyyət göstərir.
Layihənin növbəti mərhələdə Azərbaycanın digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi planlaşdırılır.Heydər Əliyev hava limanında elektron sərhəd nəzarəti sistemi istifadəyə verildi
Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərin sərhəd nəzarətindən daha operativ keçməsi üçün yeni sistem tətbiq olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi layihə çərçivəsində hava limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” fəaliyyətə başlayıb. Avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya texnologiyalarını özündə birləşdirən sistem Azərbaycan vətəndaşlarının sərhədkeçmə prosedurunu sürətləndirəcək.
Sistem 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşlarının istifadəsi üçün nəzərdə tutulub. Sərnişin ilk olaraq şəxsiyyət sənədini elektron qapının xüsusi oxutma qurğusuna təqdim edir. Bundan sonra sənəddəki məlumatlar avtomatik şəkildə sistemə daxil edilir və müvafiq informasiya bazaları üzrə yoxlamalar aparılır.
Növbəti mərhələdə sərnişinin biometrik məlumatları əsasında identifikasiyası həyata keçirilir. Təqdim olunan məlumatların sistemdəki göstəricilərlə uyğunluğu təsdiqləndikdə qapı avtomatik açılır və sərhəd nəzarəti başa çatmış hesab olunur.
DSX-nin məlumatına əsasən, bütün proses təxminən 20 saniyə ərzində tamamlanır.
Yeni texnologiyanın tətbiqi sərhəd nəzarətində gözləmə müddətinin qısaldılmasına, prosedurların daha çevik və səmərəli təşkilinə imkan verəcək. Eyni zamanda sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılması insan amilinin minimum səviyyəyə endirilməsinə şərait yaradacaq.
Hazırda “Elektron qapı sərhəd nəzarəti sistemi” hava limanının yalnız ölkəyə gələn sərnişinlər üçün nəzərdə tutulmuş zalında fəaliyyət göstərir.
Layihənin növbəti mərhələdə Azərbaycanın digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi planlaşdırılır.
