Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Monakoda təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Liqa mərhələsində mübarizə aparacaq 36 komanda reytinqə uyğun olaraq 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” turnirin əsas mərhələsinə 4-cü səbətdən başlayacaq.
Püşkatmanın nəticəsinə əsasən hər komandanın 8 müxtəlif rəqibi müəyyənləşəcək. “Sabah” bu mərhələdə 4 matçı doğma meydanda, 4 görüşü isə səfərdə keçirəcək.
1-ci səbət
- PSJ (Fransa)
- “Bavariya” (Almaniya)
- “Real” Madrid (İspaniya)
- “Liverpul” (İngiltərə)
- “İnter” (İtaliya)
- “Mançester Siti” (İngiltərə)
- “Arsenal” (İngiltərə)
- “Barselona” (İspaniya)
- “Atletiko” Madrid (İspaniya)
2-ci səbət
- “Borussiya” Dortmund (Almaniya)
- “Roma” (İtaliya)
- “Sportinq” (Portuqaliya)
- “Aston Villa” (İngiltərə)
- “Portu” (Portuqaliya)
- “Mançester Yunayted” (İngiltərə)
- “Brügge” (Belçika)
- “Betis” (İspaniya)
- PSV (Niderland)
3-cü səbət
- “Feyenoord” (Niderland)
- “Lill” (Fransa)
- “Budyo-Qlimt” (Norveç)
- “Napoli” (İtaliya)
- “Leyptsiq” (Almaniya)
- “Vilyarreal” (İspaniya)
- “Fənərbaxça” (Türkiyə)
- “Şaxtyor” (Ukrayna)
- “Qalatasaray” (Türkiyə)
4-cü səbət
- “Slaviya” Praqa (Çexiya)
- “Slovan” Bratislava (Slovakiya)
- “Ştutqart” (Almaniya)
- AEK (Yunanıstan)
- LASK (Avstriya)
- “Komo” (İtaliya)
- “Lans” (Fransa)
- “Vikinq” (Norveç)
- “Sabah” (Azərbaycan)
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsində oyunlara sentyabrın 8-də start veriləcək. Qarşılaşmaların tam təqvimi, tarixləri və başlama saatlarının isə avqustun 29-dan gec olmayaraq açıqlanması gözlənilir.

