Bakıda sevgilisindən 235 min manat alan şəxsə hökm oxunub

Bakıda sevgi münasibətində olduğu qadına qarşı külli miqdarda dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb olunub.Paytaxtın mərkəzində maklerlik və evlərin təmiri ilə məşğul olan, 1986-cı il təvəllüdlü R.Həsənov (şərti ad) barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb.

İttihama görə, R.Həsənov 2023-cü ildə ev almaq və təmir etmək vədi ilə sevgilisi Gülbahardan (şərti ad) hissə-hissə olmaqla 235 min manat alıb. O, qadının etimadını qazanmaq üçün Nərimanov rayonunda “MetroPark” ticarət mərkəzinin qarşısındakı yeni tikilidən mənzil göstərib. Daha sonra həmin şəxs Gülbahardan və onun anasından aldığı pullarla Azərbaycanı tərk edərək Dubaya gedib.R.Həsənovun ölkədən qaçdığını öyrənən qadın polisə müraciət edib və onun barəsində cinayət işi başlanıb. Bu il saxlanılan şəxs istintaqa cəlb olunub və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş qadın ona dəymiş maddi zərərin tam ödənildiyini bildirərək R.Həsənova qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin hökmü ilə R.Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təyin olunan cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir