16 yaşlı qızını 30 yaşlı bacısı oğluna vermək istəyən ata saxlanıldı

16 yaşlı qızını 30 yaşlı bacısı oğluna vermək istəyən ata saxlanıldı

Xocalıda 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanlayan ata inzibati qaydada cərimələnib.

“Xəbəraxını” “Lent.az”a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti ad – red.) hüquq-mühafizə orqanlarına müraciət edərək 16 yaşlı qızının itkin düşdüyünü bildirib.

Daha sonra ondan izahat alınarkən A. Rzayev qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.

Faktla bağlı onun barəsində müvafiq maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.

A. Rzayev bildirib ki, sonradan qızının bacısı oğlu ilə qohum olduqları üçün onların evlənməsinin mümkün olmadığını öyrənib. O, törətdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olduğunu qeyd edərək məhkəmədən barəsində daha yüngül cəza tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə A. Rzayev 1000 manat məbləğində inzibati cərimə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir