1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür

1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür

Bu gün – 1 oktyabr Azərbaycanda Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Xəbəraxını xəbər verir ki, Azərbaycan Prokurorluğunun əsası 1 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin tərkibində qoyulub. Həmin tarix Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə prokurorluq orqanlarının fəaliyyətə başlaması ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bir əsrdən artıq tarixə malik Azərbaycan Prokurorluğu fəaliyyət göstərdiyi dövrlərdə qanunçuluğun təmin olunması, cinayətkarlığa qarşı mübarizə, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərib.

Hazırda prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü qeyd olunur. Peşə bayramı ilə əlaqədar sentyabr ayında prokurorluğun veteranları, Vətən müharibəsi iştirakçıları və şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib. Həmçinin peşə bayramı münasibətilə ağacəkmə aksiyası təşkil olunub və Abşeron yarımadası ilə Naxçıvan Muxtar Respublikasında 1200-dən çox zeytun və Eldar şamı ağacı əkilib.

Prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edir, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir