Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub

Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrində tətbiq olunan məhdudiyyətlər təmir işləri yekunlaşana qədər qüvvədə qalacaq.

Sürücülərdən hərəkət istiqamətlərini nəzərə alaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir işlərinin aparıldığı ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir