Trump hər bir amerikalıya 5 min dollar verəcək- 1 şərti var

Trump hər bir amerikalıya 5 min dollar verəcək- 1 şərti var

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilər ərəfəsində amerikalılara 5 min dollarlıq “Tramp dividendi” vədini yenidən gündəmə gətirib.

Xəbəraxını xəbər verir ki, Tramp bu barədə Alabama ştatının Mobil şəhərində keçirilən mitinqdə danışıb.

Onun sözlərinə görə, əgər Respublikaçılar Partiyası 3 noyabrda keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğu qoruyarsa, ölkədəki hər bir yetkin ABŞ vətəndaşına 5 min dollar ödəniləcək.

Tramp əsas şərti də açıqlayıb. Bildirib ki, veriləcək vəsait yalnız ABŞ daxilində xərclənməlidir, ölkədən kənara çıxarıla bilməz. Ağ Ev bu addımı ölkə daxilində iqtisadi canlanma yaratmaq məqsədi ilə izah edir.

Mitinqdə çıxış edən Tramp proqramın ümumi dəyərinin təxminən 1 trilyon dollar olacağını deyib və maliyyələşmənin gömrük tariflərindən əldə olunan gəlirlər hesabına mümkün olacağını vurğulayıb.

Lakin ekspertlər başqa rəqəm səsləndirir. ABŞ-də 18 yaşdan yuxarı 240-270 milyon vətəndaşın olduğu nəzərə alınarsa, bu vədin reallaşması üçün 1,2 – 1,3 trilyon dollar vəsait tələb olunur.

Bu ödənişin avtomatik olmayacağı da bildirilir.

Nümayəndələr Palatasının spikeri Mayk Conson xatırladıb ki, Prezidentin təkbaşına belə bir vəsaiti paylamaq səlahiyyəti yoxdur. Bunun üçün mütləq Konqres tərəfindən xüsusi qanun layihəsi qəbul edilməlidir.

İqtisadçılar isə layihəni “seçkiöncəsi siyasi vəd” adlandıraraq, bazara əlavə 1 trilyon dollardan çox vəsaitin çıxarılmasının inflyasiyanı sürətləndirə biləcəyi barədə xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir