Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr üçün evlərin açarlarının təqdim olunması mərasimi keçirilib.
Bu mərhələdə kəndə 15 ailənin, ümumilikdə 86 nəfərin daimi yaşayış üçün qayıdışı təmin edilib. Müxtəlif ərazilərdə, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələr Şükürbəyliyə köçürülüb.
Kəndə çatdıqdan sonra ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, həmçinin Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Açarların təqdim edilməsi zamanı sakinlərə mina təhlükəsizliyi, minalardan və digər partlayıcı sursatlardan qorunma qaydaları barədə də məlumat verilib.
Beləliklə, növbəti köç prosesi çərçivəsində daha 15 ailənin doğma kəndinə qayıdışı reallaşdırılıb.
