Separatçılıq fəaliyyətinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

Separatçılıq fəaliyyətinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

Separatçı əməllərin təşkilində ittiham olunan və beynəlxalq axtarışa verilən Murad Fetiyev saxlanılaraq Azərbaycana gətirilib.

Xəbəraxını xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Qeyd olunub ki, DTX-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2025-ci ildən beynəlxalq axtarışda olan Murad Qərib oğlu Fetiyevin ölkəyə gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, M.Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin tapşırıqları əsasında Azərbaycanın ərazi bütövlüyünün pozulması, milli nifrət və düşmənçiliyin təşviqi məqsədilə sosial şəbəkələrdə müxtəlif qruplar yaradıb. O, həmin qruplara həm xaricdə, həm də Azərbaycanda yaşayan azsaylı etnik qrupun ekstremist ideyaları dəstəkləyən nümayəndələrini cəlb edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir