Rusiyada rəqəmsal rublun istifadəsi genişləndirilir

Rusiyada rəqəmsal rublun istifadəsi genişləndirilir

Rusiyada rəqəmsal rublun geniş istifadəsinə sentyabrın 1-dən başlanılacaq.

Məlumata görə, iri banklar və pərakəndə ticarət şirkətləri rəqəmsal rublla əməliyyatların aparılması üçün müvafiq infrastrukturu işə salacaqlar. Vətəndaşlar qoşulan bankların mobil tətbiqləri vasitəsilə rəqəmsal rubl hesabı aça biləcəklər.

Fiziki şəxslər və şirkətlər yalnız bir rəqəmsal rubl hesabına sahib ola biləcəklər. Fərdi sahibkarlar üçün isə biri şəxsi, digəri biznes fəaliyyəti üzrə olmaqla iki hesab nəzərdə tutulub.

Vətəndaşlar rəqəmsal rubl hesablarına ayda 300 min rubla qədər vəsait köçürə biləcəklər. Biznes hesablarına köçürmələr üçün limit müəyyən edilməyib.

Fiziki şəxslər üçün rəqəmsal rublla ödəniş və köçürmələr pulsuz olacaq. Sahibkarlar və şirkətlər isə 2026-cı ilin sonunadək komissiya ödəməyəcəklər. 2027-ci ildən onlar üçün minimum tariflərin tətbiqi nəzərdə tutulur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir