Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
Məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.
Danışıqlar zamanı Qara dənizdəki mövcud vəziyyət və Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzularından olacaq. Liderlərin, həmçinin Moskva ilə Ankara arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəyi gözlənilir.
