“Bakı Metropoliteni” QSC-də aparılan texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endiriləcək.
Sentyabrın 15-dən etibarən Qırmızı xətt üzrə “İçərişəhər–Əhmədli” istiqamətində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.
Yaşıl xəttdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endiriləcək.
Bənövşəyi xətt üzrə isə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunacaq.
Yeni tədris ili ərzində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq və ehtiyac yarandığı halda əlavə tənzimləmələr həyata keçiriləcək.
