Lerik rayonunda zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yeraltı təkan Yardımlı stansiyasından 23 kilometr cənub-şərqdə, Lerik rayonunda baş verib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:03-də qeydə alınıb. 3,1 maqnitudalı zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanın hiss olunmadığı qeyd edilib.
