Kəlbəcərdə 121 şagird yeni tədris ilinin ilk gününü qeyd edib.
Bu münasibətlə Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir təşkil olunub.
Qeyd edək ki, Kəlbəcərdə ilk tədris ilinə ötən il başlanılıb. Modul tipli məktəbdə ilk mərhələdə 22 şagird təhsil alıb. Sonrakı dövrdə isə şagirdlərin sayı artıb.
Bu il Kəlbəcərdə 121 şagird təhsilini davam etdirəcək.
