Küləkli havada işləyənlərə yeni güzəştlər – qanun layihəsi qəbul edildi

Küləkli havada işləyənlərə yeni güzəştlər – qanun layihəsi qəbul edildi

Küləkli hava şəraitində açıq ərazilərdə çalışan işçilərin fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Milli Məclis Əmək Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Xəbəraxını xəbər verir ki,  “Yenisabah”a yaydığı məlumata görə, yeni qaydalara əsasən, açıq iş yerlərində və həmin ərazilərdəki qurğularda çalışan işçilərə müəyyən edilmiş qaydada fasilələr verilməli, zəruri hallarda isə iş prosesi tam dayandırılmalıdır.

Dəyişikliklər quruda istismar edilən kranların fəaliyyətini də əhatə edir. Belə ki, küləyin gücü 6–8 bal olduqda kranlarla işlərin görülməsinə yalnız onların texniki pasportlarında nəzərdə tutulan xüsusi hallarda icazə veriləcək.

Küləyin gücü 8 baldan artıq olduqda isə həmin kranlarla bütün növ işlər istisnasız olaraq dayandırılacaq.

Qeyd edək ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir