Kartdan-karta pul köçürmələri ilə bağlı yeni tariflər vətəndaşlara şamil olunmur

Kartdan-karta pul köçürmələri ilə bağlı yeni tariflər vətəndaşlara şamil olunmur

Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı yeni xidmət haqqı tarifləri müəyyən edilib. Lakin bu dəyişikliklər vətəndaşların həyata keçirdiyi köçürmələrə deyil, banklar və maliyyə qurumları arasındakı hesablaşmalara aiddir.

Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, aprelin 1-dən qüvvəyə minən yeni tariflər bankların Mərkəzi Bankın sistemlərindən istifadəsinə görə ödədikləri xidmət haqlarını tənzimləyir.

Qeyd olunub ki, sözügedən dəyişikliklər fiziki şəxslərin kartdan-karta pul köçürmələrinə birbaşa şamil edilmir. Beləliklə, yeni tariflər vətəndaşların gündəlik bank əməliyyatları üçün müəyyən edilmiş xidmət haqlarını birbaşa dəyişdirmir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir