İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması faciə ilə nəticələnib. İlkin məlumatlara görə, qəza nəticəsində 50 nəfər həyatını itirib, 179 nəfər isə yaralanıb.
Xəbəraxını xəbər verir ki, hadisənin təfərrüatları “Antena 3” telekanalında yayımlanıb.
Məlumata əsasən, insident oktyabrın 28-də səhər saatlarında Kastiliya-La-Mança muxtar regionunun Toledo əyalətində yerləşən Urda qəsəbəsi yaxınlığında baş verib. Toqquşma zamanı qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. İspaniya hökuməti hadisənin insan səhvi nəticəsində baş vermiş ola biləcəyini istisna etmir.
“El País” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, dəmir yolu təhlükəsizlik sistemində yaranan nasazlıq fonunda “Adif” şirkətinin operatorunun mümkün səhvi qəzanın səbəblərindən biri kimi nəzərdən keçirilir.
Hadisənin dəqiq səbəbləri araşdırmanın nəticələrindən sonra məlum olacaq.
