İlham Əliyev Özbəkistanla əlaqələrin inkişafını prioritet adlandırıb

İlham Əliyev Özbəkistanla əlaqələrin inkişafını prioritet adlandırıb

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanla ikitərəfli münasibətlərin bundan sonra da hərtərəfli inkişaf etdirilməsinin və dərinləşdirilməsinin ölkəsi üçün əsas prioritetlərdən biri olduğunu bildirib. Dövlət başçısı bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.

İlham Əliyev vurğulayıb ki, ortaq tarixi-mədəni dəyərlər, möhkəm dostluq və qardaşlıq əsasında formalaşan Azərbaycan-Özbəkistan münasibətləri hazırda ən yüksək səviyyədədir. Prezident qeyd edib ki, birgə səylər nəticəsində iki ölkə arasında dövlətlərarası əlaqələr və müttəfiqlik münasibətləri daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlıq isə yeni praktiki məzmun qazanır.

İlham Əliyev Azərbaycan-Özbəkistan birliyinin qorunub saxlanılması, əməkdaşlığın genişləndirilməsi və müttəfiqliyin gücləndirilməsi istiqamətində bundan sonra da birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir