İlham Əliyev İspaniya kralına başsağlığı verdi – faciə ilə bağlı məktub göndərildi

İlham Əliyev İspaniya kralına başsağlığı verdi – faciə ilə bağlı məktub göndərildi

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.

Xəbəraxını xəbər verir ki, “President.az”ın məlumatına görə, dövlət başçısı məktubunda İspaniyanın Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çoxsaylı insanın həyatını itirməsi və xəsarət alması xəbərindən dərin kədər hissi keçirdiyini bildirib.

İlham Əliyev faciə ilə əlaqədar İspaniya kralına, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya xalqına öz adından və Azərbaycan xalqı adından başsağlığı verib.

Prezident, həmçinin hadisə zamanı yaralananların tezliklə sağalmasını arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir