Ədliyyə sistemində yeni dəyişikliklər – Hərbi qulluqçulara xüsusi rütbələr veriləcək

Ədliyyə sistemində yeni dəyişikliklər – Hərbi qulluqçulara xüsusi rütbələr veriləcək

Ədliyyə orqanlarının tibb xidmətində fəaliyyət göstərəcək hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdiriləcək, bu sahədə xidmət keçmə qaydaları təkmilləşdiriləcək.

Xəbəraxını xəbər verir ki, Hərbi rütbələrə uyğun xüsusi rütbələr veriləcək

Layihəyə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar ədliyyə orqanlarının tibb xidmətində vəzifəyə təyin edildikdən sonra mövcud hərbi rütbələrinə uyğun xüsusi rütbələr alacaqlar.

Ehtiyatda olan zabitlərə isə ilk xüsusi rütbə hərbi rütbələri üzrə müəyyən edilmiş xidmət müddəti başa çatdıqda bir pillə yuxarı verilə bilər.

Tibb xidmətinin əməkdaşları xidmət müddətində hərbi çağırışdan və hərbi toplanışlardan azad ediləcəklər. Onlar hərbi qeydiyyatdan çıxarılaraq Ədliyyə Nazirliyində xüsusi qeydiyyata alınacaqlar.

Hərbi qulluqçular harada xidmət edəcəklər?

Qanun layihəsinə görə, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, eləcə də mühafizə və məhkumların müşayiəti üçün yaradılmış xüsusi bölmələrdə fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət aparacaqlar.

Onların xidmət qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Silahlı Qüvvələrin İntizam Nizamnaməsi və digər normativ hüquqi aktlarla tənzimlənəcək.

Ədliyyə işçiləri xüsusi geyimlə təmin olunacaqlar

Dəyişikliklərə əsasən, Azərbaycan və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirliklərinin məhkəmə ekspertizası idarələrində çalışan xüsusi rütbəli ədliyyə işçiləri, həmçinin dövlət icra məmurları xüsusi geyim forması ilə təmin ediləcəklər.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir