Cəlilabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı 25 yaşlı İskəndər Dadaşov saxlanılıb.
Saxlanılan şəxsdən ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. İskəndər Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə araşdırma davam etdirilir.
