Sentyabrın 12-nə keçən gecə Çilinin Pitrufken şəhərində yerləşən “Edem” (El Edén) qocalar evində baş verən güclü yanğın nəticəsində 16 nəfər həlak olub.
Bu barədə “La Tercera” nəşri yazıb.
Bildirilib ki, 10 sakin təxliyə edilib. Onlar xəstəxanaya yerləşdiriliblər.
