Bu il Azərbaycanda 89 uşaq övladlığa verilib

Bu il Azərbaycanda 89 uşaq övladlığa verilib

Azərbaycanda 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, övladlığa verilən uşaqlardan 45-i qız, 44-ü isə oğlandır.

Övladlığa götürülən uşaqların ailələrdə vəziyyətinin qiymətləndirilməsi məqsədilə onların 18 yaşı tamam olanadək mütəmadi monitorinqlər keçirilir. Övladlığa götürmənin ilk ilində monitorinqlər hər rüb, sonrakı illərdə isə ildə bir dəfə aparılır.

Valideyn himayəsindən məhrum uşaqları övladlığa götürən şəxslərə də sosial dəstək göstərilir. Belə ailələrə 3-18 yaş aralığında hər uşaq üçün aylıq 240 manat, əlilliyi olan hər uşaq üçün isə 600 manat sosial müavinət ödənilir.

Bundan əlavə, övladlığa götürən şəxslər sosial təminat, əmək və vergi münasibətləri sahələrində müəyyən güzəştlərdən yararlana bilirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir