Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Mehriban Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub. O, uzun illər ərzində Azərbaycanın ictimai, mədəni və humanitar həyatında fəal rol oynayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil, səhiyyə, mədəniyyət, sosial və digər sahələr üzrə bir sıra layihələr həyata keçirilib.

Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın milli-mədəni irsinin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində də mühüm yer tutur. Qeyd edək ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsini 2017-ci ildən icra edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir