Bilik Günü ilə əlaqədar Bakıda nəqliyyat sıxlığı yaranıb

Bilik Günü ilə əlaqədar Bakıda nəqliyyat sıxlığı yaranıb

15 Sentyabr – Bilik Günü ilə əlaqədar Bakının bir sıra ərazilərində nəqliyyat sıxlığı müşahidə olunur.

Sıxlıq paytaxtın avtomobil yolları ilə yanaşı, yerüstü və yeraltı ictimai nəqliyyatda da qeydə alınıb.

Metronun “Həzi Aslanov”–“28 May” istiqamətində, xüsusilə “Koroğlu” stansiyasında sərnişin sıxlığı yaranıb. Həmçinin Bakı dairəvi dəmir yolunun Bakı–Pirşağı–Sumqayıt xətti üzrə Məmmədli stansiyasında da sərnişinlərin çoxluğu müşahidə edilir.

Bakı şəhərinin bir çox mərkəzi küçələrində, eləcə də Sumqayıt–Bakı yolunda nəqliyyatın hərəkətində sıxlıq yaşanır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir