Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 başlayıb

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 başlayıb

Bakıda qlobal iqlim problemlərinin həlli və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başlayıb.

Bu il üçüncü dəfə keçirilən tədbir ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Tədbirin əsas tərəfdaşı SOCAR Green-dir.

Açılış mərasimində Azərbaycanın dövlət qurumlarının rəsmiləri, COP29, COP30 və COP31 nümayəndələri, UNFCCC, IRENA və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

COP29-un prezidenti Muxtar Babayev bildirib ki, əsas məqsəd iqlim fəaliyyətini gücləndirmək, müzakirələri konkret addımlara çevirmək və yeni əməkdaşlıqlara şərait yaratmaqdır.

BCAW 2026 çərçivəsində 15 əsas dəyirmi masa və çoxsaylı tərəfdaş tədbirləri keçiriləcək. Müzakirələr enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi kimi mövzuları əhatə edəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir