Azərbaycanda bəzi məhsulların ixrac rüsumu 20 dəfə artırılır – Sabahdan qüvvəyə minir

Azərbaycanda bəzi məhsulların ixrac rüsumu 20 dəfə artırılır – Sabahdan qüvvəyə minir

Azərbaycandan xaricə göndərilən bəzi məhsulların ixracı daha baha başa gələcək. Sabahdan qüvvəyə minəcək dəyişikliklərə əsasən, vint, bolt və qaykaların ixracına tətbiq olunan gömrük rüsumu 20 dəfə artırılır.

Xəbəraxını xəbər verir ki, ərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramı üçün gömrük rüsumu 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb. Yeni tarif 2029-cu ilin sonunadək qüvvədə olacaq.

Dəyişikliklər Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına, idxal və ixrac gömrük rüsumlarının dərəcələrinə aiddir.

Qeyd edək ki, müvafiq qərar sentyabrın 22-də imzalanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir